AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Neftçi" ilə Topaz Premyer Liqasında III tur qarşılaşmasının təxirə salınmasına münasibət bildirib. Qol.Az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) qərarına hörmətlə yanaşdıqlarını bildirib.
Bununla yanaşı, Əhmədov qəfil qərardan sonra AZAL-ın planlarının alt-üst olduğunu söyləyib: "Azərbaycan futbolunu Avropada təmsil etdiyi üçün "Neftçi"yə kömək etməliyik. İnşallah, əziyyətimizi yerdə qoymazlar. Amma oyunumuz olsaydı, daha yaxşı olardı. PFL-in bu qərarına hörmətlə yanaşırıq. Sadəcə, belə qərarlar veriləndə digər klublara da müraciət etməlidirlər. Çünki bizim də planlarımız alt-üst oldu. Həftəlik planı dəyişməli olduq. Qərar oyuna 2-3 gün qalmış yox, 4-5 gün qalmış bilinsə, daha yaxşı olardı".
Əhmədov bildirib ki, 2 il öncə "Neftçi"də baş məşqçi əvəzi kimi çalışdığı vaxt analoji vəziyyətlə üzləşiblər. Amma həmin vaxt PFL "Neftçi"nin istəyinə zidd qərar çıxarıb: "Gürcüstanda "Zestafoni” ilə oyundan sonra Premyer Liqanın ilk turunda "Qarabağ”la qarşılaşmalı idik. Xahim etmişdim ki, bu oyun təxirə salınsın, Çempionlar Liqasının III təsnifat mərhələsinə hazırlaşaq. Amma Berti Foqts atıldı ortaya və "Yox, oyun olmalıdır, çempionat matçı təxirə salınmamalıdır” deyə aləmi bir-birinə vurdu. Nəticədə biz iki gündən bir matça çıxdıq. Onda da oyun ağır oldu".
AZAL-ın baş məşqçisinin fikrincə, "Neftçi" bu mövsüm ilk turda "Araz Naxçıvan”a böyük hesabla uduzduğundan, növbəti oyunlarda da xal itirmək istəmir: "Keçmiş komandam Avroliqaya köklənib, Premyer Liqa oyunlarının təxirə salınmasını istəyir ki, qitə miqyaslı qarşılaşmada rahat oynasın. Ölkə çempionatında itirilmiş xalları sonradan bərpa etmək çətin olur".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi