"Ötən həftə komandada baş verənlər bizim üçün əlavə stimul oldu. Biz çətin anda birləşməyi bacardıq və futbolçularla məşqçilər korpusunun vahid komanda olduğunu göstərdik. Rəhbərliklə müzakirələrimiz oldu və bütün bunlar "Radniçki" ilə qarşılaşmada uğurla nəticələndi. "Neftçi" ilə oyunöncəsi vacib qələbə qazandıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Partizan" klubunun Voyislav Stankoviç Serbiya mətbuatına açıqlamasında deyib.
Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" ilə oyun haqda danışan 27 yaşlı futbolçu ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaqlarını bildirib: "Bizi "Neftçi" ilə çətin oyun gözləyir. Son 9 rəsmi oyunda məğlub olmamışıq. Hətta Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets"ə məğlub olmadan mübarizəni dayandırdıq. Əsas hədəfimiz qrup mərhələsində oynamaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Əvvəllər elə düşünürdük ki, ilk oyunu öz meydanımızda keçirmək daha yaxşıdır. Ancaq indi cavab matçının evdə keçirilməsinin daha yaxşı olduğunu anlayıram. Bakıya rahat getmək üçün ilk oyunda sərfəli nəticə qazanmalıyıq".
Stankoviç iki il əvvəl Avropa Liqasının qrup mərhələsində qarşılaşdıqları "Neftçi" ilə oyunu da xatırlayıb: "Neftçi" həmin vaxt hədəfi olan və güclü rəqib təsiri bağışlamışdı. Onlar Belqradda keçirilən ilk oyunda (0:0) 90 dəqiqə müdafiə olunmuşdular. Həmin görüşdə yaratdığımı imkanları qola çevirə bilməmişdik. Bakıdakı oyunda da "Neftçi" gözlədiyimiz səviyyədə hücum futbolu oynamadı. Hazırda “Neftçi”nin nə qədər dəyişdiyini deyə bilmərəm. Biz onları yenə təhlil edəcəyik və buna uyğun taktika quracağıq. Hər iki oyuna yaxşı hazırlaşmalıyıq. Əsas məqsədimiz ilk oyunda qol buraxmadan qələbə qazanmaqdır. Avropada bu yaxşı nəticə olunur. Bunu bacarsaq əla olar. Belədə Bakıda bizi heç-heçə də qane edəcək. Ancaq öncədən danışmayaq. Hər şey meydanda həll olunur".
Qeyd edək ki, avqustun 21-də Belqradda keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi