Maskerano daha dörd il “Barselona”da

Maskerano daha dörd il “Barselona”da
GÜNDƏM 16 Avqust 2014 / 16:45 2129
-  A +

“Barselona” klubu təcrübəli oyunçusu Xavyer Maskerano ilə sözləşməni uzadıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı müdafiəçi yeni müqaviləyə qol çəkib. Müqaviləyə əsasən o, 2018-ci ilə qədər Kataloniya klubunun şərəfini qoruyacaq.

30 yaşlı futbolçu yalnız 100 milyon avro qarşılığında sərbəst şəkildə hansısa kluba transfer oluna bilər.

Qeyd edək ki, 2010-cu ildən “Barselona”da çıxış edən Maskerano bu illər ərzində 8 kubok qazanıb.

Daha çox


Son xəbərlər