"Qarabağ" - "İnter" matçının məkanı və başlama saatı dəyişdirildi

"Qarabağ" - "İnter" matçının məkanı və başlama saatı dəyişdirildi
GÜNDƏM 14 Avqust 2014 / 22:14 4662
-  A +

Azərbaycan Premyer Liqasının ikinci turunda keçiriləcək "Qarabağ" - "İnter" matçının məkanı və başlama saatı dəyişdirilib.

Qol.Az-ın "Qarabağ"ın saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün "Qarabağ"- "Tvente" oyununa qədər ideal halda saxlanması üçün Ağdam təmsilçisi "İnter"i Bakıxanov qəsəbə stadionunda qəbul edəcək.

Qarşılaşma isə avqustun 16-ı, saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bundan əvvəl "Qarabağ" - "İnter" görüşünün saat 21:00-da başlanacağı açıqlanmışdı.

Daha çox


Son xəbərlər