"Neftçi"nin oyunu türkiyəli hakimə tapşırıldı

"Neftçi"nin oyunu türkiyəli hakimə tapşırıldı
GÜNDƏM 14 Avqust 2014 / 17:38 4203
-  A +

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçının hakimləri bəlli olub.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belqradda keçiriləcək oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Hüseyn Göçek olacaq. Ona Mustafa Əmrə Eyisoy və Orkun Aktaş köməklik edəcək. Süleyman Abay isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 21-də Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu