"Qarabağ" - "Tvente" matçının hakimləri bəlli oldu

"Qarabağ" - "Tvente" matçının hakimləri bəlli oldu
GÜNDƏM 14 Avqust 2014 / 13:20 3488
-  A +

Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya) matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də baş tutacaq qarşılaşmanın baş hakimi almaniyalı referi Manuel Qrafe olacaq. 

Ona Holger Henşel və Kristian Gittelman köməklik edəcəklər. Quido Vinkmann isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

UEFA nümayəndəsi gürcüstanlı Dmitri Bokeriya, hakim-inspektor isə danimarkalı Jorn Vest Larsendir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu