"Mançester Yunayted"in yeni transferi zədələndi

"Mançester Yunayted"in yeni transferi zədələndi
GÜNDƏM 14 Avqust 2014 / 00:38 3301
-  A +

"Mançester Yunayted" klubunun yeni transferi Lyuk Şou zədələnib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, komandanın son məşqində dizindən zədələnən 19 yaşlı futbolçunun durumu ciddidir.

Tibbi müayinədən keçən futbolçunun ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə L.Şou Premyer Liqanın "Suonsi Siti" ilə görüşündə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Şou 30 milyon avro müqabilində "Sauthempton"dan "Mançster Yunayted"ə transfer olunub.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu