Antonio Konte qərarını dəyişdi

Antonio Konte qərarını dəyişdi
GÜNDƏM 12 Avqust 2014 / 15:21 3663
-  A +

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekyo yığmanın yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirib.

Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, federasiya prezidenti "Yuventus"un sabiq baş məşqçisi Antonio Kontenin İtaliya millisini çalışdırmağa razılıq verdiyini bildirib.

Yaxın günlərdə müqavilənin bütün şərtləri müzakirə olunacaq və tərəflər arasında razılıq əldə olunarsa, Konte ilə iki illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, ötən ay "Yuventus"un baş məşqçi vəzifəsindən istefa verən Konte daha öncə İtaliya yığmasını çalışdırmaqdan da imtina etmişdi.

Daha çox


Son xəbərlər