"Neftçi" - "Partizan" oyunu mərkəzi arenada

"Neftçi" - "Partizan" oyunu mərkəzi arenada
GÜNDƏM 12 Avqust 2014 / 12:32 3709
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsinin  "Neftçi" - "Partizan" cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  "Neftçi"  "Partizan" komandasını adı çəkilən stadionda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət edib, AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlayıb.

Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.

Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər