"Neftçi"nin rəqibindən əzmkar qələbə

"Neftçi"nin rəqibindən əzmkar qələbə
ÖLKƏ FUTBOLU 11 Avqust 2014 / 01:24 4305
-  A +

Avropa Liqasının “pey-off” mərhələsində “Neftçi”nin rəqibi olan “Partizan”  Serbiya superliqasında ilk turun oyununu keçirib.

Qol.Az-n məlumatına görə,  paytaxt klubu  səfərdə “Vozdovac”ın qonağı olub.

“Partizan” görüşün  73-cü dəqiqədə hesabda geri düşsə də,  78-ci dəqiqədə meydan sahibləri avtoqolla yadda qalıblar. Sona qədər mübarizə aparan “Partizan”  90+2-ci dəqiqədə Volkovun və 90+4-cü dəqiqədə Fofananın vurduğu qollarla  3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, "Neftçi" ilə "Partizan" arasında ilk oyun avqustun 21-i Serbiyada, cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır