Qurban Qurbanov: “PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağıq”

Qurban Qurbanov: “PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağıq”
ÖLKƏ FUTBOLU 10 Avqust 2014 / 23:30 6093
-  A +

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ilk turunda “Sumqayıt”la  görüşdə (3:0) oyunçu dəyişikliyi zamanı qeydə alınan texniki səhvlə bağlı dərhal açıqlama verib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan mütəxəssis səhv etdiklərini oyundan sonra anladıqlarını və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacaqlarını bildirib:

“Bu gün Azərbaycan Premyer Liqasının açılış turu idi. Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi. Belə ki, ilk olaraq Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq da, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. İlk olaraq Muaremin əvəzinə meydana  Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifovun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır