Dorinel Muntyanu: “Komandamıza inamımız var”

Dorinel Muntyanu: “Komandamıza inamımız var”
ÖLKƏ FUTBOLU 10 Avqust 2014 / 22:54 2957
-  A +

“Mövsümə qələbə ilə başlamaq istəyirdik. Təəssüf ki, bütün komandanın bu gün oyunu alınmadı. Uğursuz çıxış etdik. Təbii ki, “İnter”in də uğurlu oyununu qeyd etməliyəm”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qaəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu “İnter”ə  0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis böyükhesablı məğlubiyyətə baxmayaraq komandasına inandığını bildirib: “Artıq növbəti oyunu düşünəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq. Komandamızın daha yaxşı oyun göstərəcəyinə inanırıq. Məğlubiyyətə baxmayaraq, komandaya inamımız var”.

 

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır