Argentina millisinin futbolçusu Lionel Messinin səhhətində növbəti dəfə problem yaranıb.
Qol.Az-ın xəbərinə görə, "Assoşiayted Press" agentliyi 27 yaşlı hücumçunun DÇ-2014-ün finalında Almaniya ilə matçın birinci hissəsində iki dəfə qusduğu barədə məlumat yayıb.
İtaliyanın məşhur qəzeti "Repubblika" ilə saytında Messinin səhhətində problem yarandığı anın videosunu paylaşıb.
Qeyd edək ki, Messi artıq altıncı dəfədir ki, meydanda qusur. O, bundan əvvəl Argentina millisində Rumıniya, Boliviya və Sloveniya ilə matçlarda, "Barselona" ilə isə La Liqada "Levante" və "Atletik"lə görüşlərdə qusmuşdu. Ancaq həkimlər futbolçunun səhhətində hansı problem olduğunu hələ də müəyyənləşdirməyiblər.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı