Argentina millisinin hücumçusu Lionel Messi "DÇ-2014"ün finalında məğlub olduqları Almaniya ilə oyundan sonra fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan Messi dünya kubokunu qazana bilmədiyi üçün çox məyus olduğunu bildirib:
"Argentina millisi uzun müddət idi ki, finala çıxa bilmirdi. Ancaq finalda oynadıq və bununla fəxr edə bilərik. Biz daha artığına layiq idik və məğlub olduğumuz üçün çox məyusuq. Hücumçularımız yaradılan qol epizodlarından istifadə edə bilmədilər. Dünya kubokunu qazanmadığımız və azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirik. Ola bilsin, almanlarla müqayisədə bir gün az istirahət etməyimiz də oyunumuza təsir göstərdi. Çünki belə turnirlərdə bu, böyük önəm daşıyır".
Qeyd edək ki, "DÇ-2014"ün finalında Almaniyaya 0:1 hesabı ilə uduzan Argentina millisi mundialın gümüş medallarına sahib çıxıb.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi