"DÇ-2014"ü dördüncü pillədə başa vuran Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib.
Qol.Az-ın "Globo Esporte"yə istinadən verdiyi məlumata görə, komandanın mundialdakı çıxışından narazı qalan Braziliya Futbol Konfederasiyasının rəhbərliyi 65 yaşlı mütəxəssislə yollarını ayırıb.
Skolari ilə yanaşı, bütün məşqçi heyəti də istefa verib. Hələlik Skolarini kimin əvəzləyəcəyi məlum deyil.
Qeyd edək ki, Skolarinin istefası komandası "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra gündəmə gəlib. Braziliyanın üçüncü yer uğrunda oyunda Hollandiyaya da 0:3 hesabı ilə uduzması federasiyanın təcrübəli mütəxəssislə yollarını ayırmasına səbəb olub.
Xatırladaq ki, Braziliya yığması Skolarinin rəhbərliyi altında 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında qızıl medallara sahib çıxmışdı.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir