"Tiraspol" - "İnter" matçı xorvatiyalı hakimə tapşırıldı

"Tiraspol" - "İnter" matçı xorvatiyalı hakimə tapşırıldı
ÖLKƏ FUTBOLU 30 İyun 2014 / 14:40 1934
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Tiraspol" - "İnter" matçının baş hakiminin adı açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Moldovada baş tutacaq oyunu xorvatiyalı referi Ante Vuçemiloviç idarə edəcək.

Ona Dalibor Conjar və Hrvoje Barişiç köməklik edəcək. Damir Batiniç isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 3-də Tiraspolda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər