Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Qol.Az saytına müsahibəsində hazırda Braziliyada keçirilən DÇ-2014-dən danışıb
- Artıq dünya çempionatında qrup mərhələsi başa çatdı və bütün 1/8 finalçılar məlum oldu. Qrup oyunları haqda nə demək olar? 1/8 finalda hazırkı mənzərəni gözləyirdinizmi?
- Bu mundialda Amerika materikini təmsil edən ölkələrin uğurlu, parlaq çıxışı görünür. Afrikadan Nigeriya və Əlcəzairin də 1/8 finala yüksəlməsi çempionata maraq qatır. Yəni dünya çempionatı öz adına layiq davam edir. İndi təkcə Avropa və Amerika futbolunun təzahürü görünmür. Bu, dünya futbolunun qələbəsi kimi qiymətləndirilməlidir. Ən başlıcası odur ki, futbolun gözəlliyi olan qolların sayı çoxdur. Səhv etmirəmsə, hər oyunda orta hesabla üçdən artıq qol vurulub. Azarkeşlər də möhtəşəmdir. Bundan əlavə gözlənilməz nəticələr qeydə alınır. Gördüyünüz kimi, bir çox proqnoz özünü doğrultmadı. Braziliya demək olar ki, dünya çempionatında şərəflə çıxış edir. Bunu həm oyunlarına, həm də təşkilatçılıqlarına aid etmək olar.
- Adətən dünya çempionatlarında Avropa ölkələri hegemonluq edirdi. Bu dəfə isə Amerika materikini təmsil edən ölkələr daha inamla irəliləyir. Burada yer amili, iqlim şəraiti özünü göstərdi, yoxsa həqiqətən də Çili, Kolumbiya, Kosta-Rika kimi ölkələr Avropa futbolunu üstələyir?
- İlk oyunlarda həqiqətən də adaptasiya amili öz sözünü dedi. Ancaq komandalar üçüncü dəfə baxımlı futbol göstərirsə, burada yer amili ikinci dərəcəli olur. Fikir verin, Almaniya hər üç oyunda özünü yaxşı tərəfdən göstərib və qrup birincisi kimi 1/8 finala yüksəlib. Yəni Çili, Kolumbiya, Kosta-Rika kimi komandalar öz parlaq oyunları ilə qrupdan çıxmağı bacardılar. İspaniya, İngiltərə, İtaliya və Portuqaliyanın qrupdan çıxa bilməməsi isə Avropa futbolu üçün faciədir. Bura Rusiyanı da əlavə etmək olar. Dünənki oyunda həqiqətən də Əlcəzair Rusiyadan üstün idi. Cənubi Amerika ölkələrinin komandaları isə mundialda öz sözlərini deyirlər. Heç bir çempionatda onları bu qədər güclü görməmişdim.
- Sizcə, 1/8 finala təsadüf nəticəsində çıxan komanda oldu?
- Məncə, Yunanıstan göstərdiyi oyuna görə 1/8 finala çıxmağa layiq deyildi. Fildişi Sahili qrupdan çıxmağa daha yaxın və layiq idi. Ancaq digərləri öz oyunu ilə qrupdan çıxdılar.
- Kosta-Rikanın yarımfinala çıxacağına inandığınızı demişdiniz.
- Bura Çili və Meksikanı əlavə edə bilərəm. Bəzi Avropa ölkələri var ki, onlar çox irəliləyə bilməyəcəklər. Bu gün Braziliyadan çox Çili və Meksikaya inanıram. Oyun baxımından bu komandalar Braziliyanı qabaqlayır. Kosta-Rika da yaxşı təsir bağışlayır, ancaq indiki halda onları yarımfinalda görmürəm.
- 1/8 finalın cütlükləri də məlumdur. 1/4 finalda hansı komandaların çıxacağını proqnozlaşdırırsınız?
- Futbol ona görə gözəldir ki, verdiyin proqnozlar çox vaxt doğrulmur. Ancaq qrup mərhələsində göstərdikləri oyuna görə, beş komandanın adını çəkə bilərəm ki, onların yarımfinala qədər gedəcəyinə inanıram. Argentina, Hollandiya, Çili, Meksika və Almaniyanı... Bu beşlikdən dördünü yarımfinalda görürəm. Bu komandalar doğrudan da çempion kimi oynayır. Fikir verdinizsə, Braziliya, Fransa, Belçika və Kosta-Rikanın adını çəkmədim.
- Uruqvaydan nə gözləyirsiniz?
- Uruqvay artıq tam gücünü ortaya qoydu. Suaresin də yoxluğu Uruqvaya böyük zərbə olacaq. Bu komandanı yarımfinalda görmürəm.
- Suaresdən söz düşmüşkən rəqib futbolçunu dişlədiyi üçün FİFA onu dörd aylıq futboldan kənarlaşdırdı, milli komandada isə doqquz oyunu buraxmalı olacaq. FİFA-nın bu qərarına münasibətinizi bilmək istərdik.
- Futbol adamı kimi deyə bilərəm ki, peşəkar futbolçuya belə bir cəzanın verilməsi çox ağırdır. Nəzərə alsaq ki, Suares ulduz futbolçudur, komandasının qol ümididir, günahından keçmək də olardı. Ancaq Suares artıq üçüncü dəfədir ki, bu hərəkəti edir. Yəqin buna görə ona belə ağır cəza veriblər. Mən Suaresi bağışlayardım. Yəni dünya çempionatında axıra qədər oynamağına imkan verərdim. Ona son şans yaradardım. Nə olur-olsun, Suares mundialda oynamalı idi. Verilən cəza ilə ilə heç nəyi geri qaytarmaq olmaz. Dünyada bir neçə milyon insan Uruqvaya azarkeşlik edir. Təkcə Suaresə görə bu komandanın oyununa baxanlar da çoxdur. Onu da deyim ki, Suaresin hərəkəti insanlığa sığmır.
Ramiq AĞAMƏMMƏDOV
Volkanı Metin əzəzlədi
18 ildən sonra
Jardim istefa verdi
2-ci liqada 3 oyun
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər