“Qarabağ” və “Neftçi”nin qrup mərhələsində oynamağa gücü var”

“Qarabağ” və “Neftçi”nin qrup mərhələsində oynamağa gücü var”
ÖLKƏ FUTBOLU 26 İyun 2014 / 17:55 3316
-  A +

“Avrokuboklarda zəif komanda olmur. Dünya çempionatının oyunları  da göstərir ki, istənilən komanda sürpriz edə bilər. Hər bir komandamızı avrokuboklarda ağır oyun gözləyir.  Elə ilk mərələdəcə mübarizəni dayandıran komandamız da ola bilər. Ona  görə də rəqibləri qiymətləndirməli və onlara qarşı ciddi hazırlaşmaq lazımdır”.

Qol.Az saytına açıqlamasında bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov klublarımızın avrokuboklardakı ilk rəqiblərini dəyərləndirərkən deyib.

Veteran futbolçu “Qarabağ” və “Neftçi”dən daha böyük uğur gözlədiyini bildirib:  “Qarabağ”ın üzərinə çox gedirik. Bu komandadan çox şey  gözləyirlər.  Ancaq “Qarabağ” tək deyil. Hər dörd klubumuz yaxşı nəticə göstərməlidir. Onu da nəzərə almaq lazımdır ki, rəqiblərimiz də iddialıdır, öz ölkələrinin çempionlarıdır. Düzdü, “Qarabağ” oyunçularının səviyyəsinə görə, rəqibi “Valletta”nı (Malta) üstələyir.  Ancaq “Qarabağ”ın mütləq ÇL-ın qrupunda oynamalı olduğunu demək düz deyil.  “Qarabağ” hər dəfə Avroliqada Play-off mərhələsinə qədər yüksəlir. Daha sonra isə qarşısına çox çətin rəqiblər düşür. Ancaq düşünürəm ki, bu mövsüm Qurban Qurbanovun komandası  daha yaxşı nəticə qazanacaq. Hər bir klubumuzdan uğur gözləmək olar.  Fikirmcə, “Qarabağ” və “Neftçi”nin qrup mərhələsində oynamağa gücü var. “Qəbələ” və “İnter” də bir neçə mərhələ keçə bilər”.

T.Əhmədov AZAL-ın yay hazırlıq planından da danışıb: “İyulun 16-dan 28-nə qədər Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacağıq. Orada bir neçə futbolçunu baxışdan keçirəcəyik. İyul ayının əvvəllərində üç yoxlama oyunu keçirməyi planşaldırmışıq. Boluda isə beş yoxlama oyununda qüvvəmizi sınayacağıq. Bugünlərdə rəqiblərimizin adına aydınlıq gələcək”.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır