Avropa Liqasının ilk təsnifat mərhələsində “İnter”in rəqibi olan “Tiraspol”un üzvü Georgi Boqyunun müsahibəsi
- İlk növbədə püşkatma barədə fikirlərini bilmək istərdik...
- Püşkün nəticəsini normal dəyərləndirirəm. Bizi qarşıda 2 maraqlı oyun gözləyir. Həm bizim, həm də “İnter” üçün oyunlar asan keçməyəcək. Bizim məqsədimiz növbəti mərhələyə adlamaqdır. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.
- Şansları necə dəyərləndirirsən?
- Şanslar 50-nin 50-yədir. İndidən kiminsə favorit olduğunu, yaxud da kimin mərhələ adlayacağını söyləmək qeyri-mümkündür. “İnter” yaxşı komandadır. Amma biz də zəif deyilik.
- İlk oyunun Tiraspolda keçirilməsini “İnter” üçün üstünlük hesab etmək olar?
- Bununla razı deyiləm. Düzdür, adətən kubok oyunlarında cavab oyununu evdə keçirən komanda üstün hesab olunur. Amma nəzərə almaq lazımdır ki, bunun elə də fərqi yoxdur. Onsuz da həm Tiraspolda, həm də Bakıda meydana çıxmalıyıq.
- Azərbaycanda oynamısan. “İnter” haqda hansı məlumatlara maliksən?
- Mən Azərbaycandan ayrılandan sonra komandada dəyişikliklər olduğu şübhəsizdir. İndiki “İnter”i tanımıram.
- Həmin vaxtkı “İnter” yaddaşında necə qalıb?
- “İnter”in həmin vaxtdakı oyun üslubu yadımdadır. Onlar daha çox fiziki gücə söykənən futbol sərgiləyirdilər. Rəqibin heyətində ucaboy futbolçular çoxluq təşkil edirdi. Xüsusən də standart vəziyyətlər zamanı təhlükəli olurdular.
- Püşkatmadan sonra “Tiraspol”un baş məşqçisi və ya komanda yoldaşların səndən “İnter” haqda hansısa məlumatlar alıblar?
- Baş məşqçimiz heç nə soruşmayıb. Komanda yoldaşlarımdan bəziləri “İnter” haqda soruşsa da, sizin kimi onlara da indiki “İnter”i tanımadığımı dedim.
- AZAL-dakı karyeran uğurlu alınmadı. Bunun səbəbini nədə görürsən?
- AZAL-da bir mövsüm oynadım. Çempionat başa çatdıqdan sonra komandada baş məşqçi dəyişikliyi oldu. Yeni baş məşqçi də öz heyətini formalaşdırırdı. Bu səbəbdən də komandadan ayrıldım. Tək mən yox, 10-a yaxın futbolçu həmin dövrdə AZAL-ı tərk etmişdi.
- Səhv etmirəmsə, AZAL-ın heyətində vurduğun 5 qoldan birini “İnter”in qapısından keçirmisən?
- Hə, elədir. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı.
- “İnter”in qapısına bu dəfə də qol vura biləcəksən?
- Təbii ki, bunun üçün səy göstərəcəyəm (gülür). Amma əsas olan mənim fərqlənməyim yox, “Tiraspol”un mərhələ adlamasıdır.
- Dünən Moldova mətbuatına verdiyin açıqlamada Azərbaycan çempionatının səviyyəsinin Moldova birinciliyindən üstün olmadığını demisən. Həqiqətən də belə düşünürsən?
- Bəli, həmin sözü demişəm. Məncə, haqlıyam da. Azərbaycanda yaxşı klublar, yaxşı futbolçular çıxış edir. Amma Moldova da vəziyyət belədir. Burada da “Şerif”, “Daçiya”, “Tiraspol” kimi güclü klublar var.
- “Milasami”ni “Tiraspol”a dəyişərkən seçimində bu komandanın avrokuboklarda oynamasının da rolu olduğunu demişdin. “Tiraspol” Avroliqa ilə ilk mərhələdəcə vidalaşsa, seçiminə görə peşman olmayacaqsan?
- Birincisi, mən “Tiraspol”u sırf avrokuboklarda oynadığı üçün seçməmişəm. Seçimimin bir çox səbəbləri var. Digər tərəfdən də mübarizə hələ qabaqdadır və kimin mərhələni keçəcəyini zaman göstərəcək.
Mənbə: Futbolxeber.az
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu
Məhkəmə qərar verdi: PSJ Mbappeyə təzminat ödəyəcək
"Xankəndi" 6 qolla qalib gəldi
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
"Neftçi"nin legioneri milliyə çağırıldı
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Volkanı Metin əvəzlədi
"Dörd aydır maaş almırıq, ayıb deyil?"
Brendan Rocersin yeni klubu açıqlandı
"Mançester Siti" onu nişan alıb
Mareska gedir, Xavi gəlir
Rüstəm Əhmədzadənin yubiley oyunu
"Azərbaycanda məşqdən sonra qutab yeməyə gedirik"
Azərbaycan Premyer Liqasında 10-cu ukraynalı baş məşqçi
18 ildən sonra
Jardim istefa verdi
“Qarabağ”a qalib gələn klubun 5 ulduzlu yeni bazası - Video
Belçika millisinin üzvü "Milan"la müqaviləni uzatdı - Rəsmi
Babək Quliyev Konfrans Liqasının oyununda
İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu
Taliska başladı, Asensio bitirdi - Video
“Old Trafford”da 8 qol vuruldu
Turun son qalibi “Roma” oldu
Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
“Fənərbaxça” “Konyaspor”u darmadağın etdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər