"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Maltanın "Valletta" klubunun əsası 1943-cü ildə qoyulub.
Qol.Az-ın məlumatına görə, komanda ev oyunlarını 18 min tamaşaçı tutumuna malik "Ta'Qali" stadionunda keçirir.
"Valletta" 3 klubun - "Valletta Prestons", “Valletta Sent-Pouls" və II dünya müharibəsindən əvvəl 2 dəfə ölkə çempionu olmuş "Valletta Yunayted" komandalarının birləşməsi nəticəsində formalaşıb. Komandanın ölkə çempionatında böyük uğuru nəzərə çarpır. Tarixi ərzində 22 dəfə ölkə çempionluğu yaşayan klubu hazırda Cilbet Aqius çalışdırır. İlk dəfə 1914/1915 mövsümündə çempion olan "Valletta" ötən mövsüm də qızıl medallara yiyələnib.
Ölkə kubokunu 13 dəfə qazanan "Qarabağ"ın rəqibi 10 dəfə superkuboka sahib çıxıb. Viktor Skirihanın prezidenti olduğu komanda Avropada ən yaxşı halda ikinci təsnifat mərhələsinə qədər irəliləyə bilib. "Valletta" həm Çempionlar Liqası, həm də Avroliqada II təsnifat mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Avroliqada mübarizə aparan klub Belarus "Minsk"inə məğlub olmuşdu (1:1, 0:2).
Qeyd edək ki, "Valletta" və "Qarabağ" komandaları arasında ilk oyun 15-16 iyul tarixlərində Maltada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi