"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt"dan daha bir transfer
ÖLKƏ FUTBOLU 21 İyun 2014 / 16:07 1934
-  A +

Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Kuban" klubunun yetirməsi olan, son olaraq Armavir "Torpedo"sunda çıxış edən Təvəkkül Məmmədov komanda ilə 2 illik müqavilə imzalayıb.

1992-ci ildə anadan olmuş Təvəkkül cinah yarımmüdafiəçisidir. O, son mövsüm "Torpedo"nun heyətində 25 qarşılaşmada meydana çıxıb və 4 qol vurub.

Daha çox


Son xəbərlər