"Qarabağ" Avstriyaya getdi

"Qarabağ" Avstriyaya getdi
ÖLKƏ FUTBOLU 21 İyun 2014 / 10:44 2305
-  A +

2014/2015 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriyaya yollanıb.

Qol.Az-ın məlumatına görə, Bakıda hazırlığını başa vuran Ağdam təmsilçisi təlim məşq toplanışını Avsrtiyada davam etdirəcək. Qurban Qurbanovun komandası sözügedən ölkədə bir neçə yoxlama görüşü keçirəcək.

"Qarabağ" iyun ayının 23-də Ukrayna çempionu "Şaxtyor" (Donetsk) ilə qarşılaşacaq. Ağdam təmsilçisi Rusiyanı Avropa Liqasında təmsil edəcək "Krasnodar" və Çexiyanın "Viktoriya" klubları ilə də üz-üzə gələcək.

Daha çox


Son xəbərlər