"Builki dünya çempionatı digərlərindən daha çox məhsuldarlığı ilə seçilir. Yəni əksər oyunlarda qapılara 2-3 qol vurulur. Azarkeşlər maraqlı oyunların şahidi olur".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın tanınmış futbol mütəxəssisi Arif Əsədov hazırda Braziliyada keçirilən DÇ-2014 haqda danışarkən deyib.
"Neftçi" klubunun və U-19 millimizin sabiq baş məşqçisi favorit və sürpriz komanda hesab etdiyi millilərin adlarını açıqlayıb: "Artıq sensasiyalı nəticələr göstərən komandalar ortaya çıxdı. Əgər İngiltərə və ispaniya özlərini yaxşı tərəfdən göstərə bilmədisə, Kolumbiya və Meksika heç kimin gözləmədiyi halda uğurlu çıxış edir. Bu iki yığmanı mundialın sürpriz komandası adlandırardım. Daha əvvəldən də demişdim ki, İngiltərə və İspaniyanı favorit görmürəm. Fikirmcə, Braziliya və Almaniya çempinluğa ən real namizəddir. Düşünürəm ki, bu komandalar finala çıxacaq. İtaliya və Hollandiya da yüksək yerlər uğrunda mübarizə aparmağa qadirdir".
A.Əsədov son Avropa və dünya çempionu İspaniya millisinin qrupdan çıxa bilməməsinə təəccüblənmədiyini deyib: "Tarix boyu belə olub, hansısa bir komanda daima eyni uğuru təkrarlaya bilməz. İspaniya səkkiz il idi ki, dünya futbolunda hegamonluq edirdi. İspanların hazırkı durumunu onunla bağlamaq olar ki, artıq komandada nəsil dəyişikliyinə ehtiyac var. Əgər hansısa bir ölkənin klubu Çempionlar Liqasında uğurlu çıxış edirsə, həmin klubun futbolçuları milli komandanın özəyini təşkil edir. Fikri verin, İspaniyanın son uğurlarında "Barselona"nın futbolçuları əsas rol oynayırdı. Bu gün "Barselona"nın zəif çıxışı milli komandaya da təsir edir. Digər futbolçular isə "Real"ın üzvləridir ki, onlarda da yorğunluq hiss olunur".
A.Əsədov Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun Almaniya ilə oyunda zəif çıxış etməsinə və onun azarkeşlər tərəfindən tənqidlərə məruz qalmasına da münasibət bildirib: "Ronaldonun ilk oyunda zəif çıxış etməsi biur tərəfdən yoğunluqla bağlıdır. Hamı Ronaldodan yaxşı oyun güzləyir. Ancaq onu bu qədər qınamaq da düzgün deyil. Çünki futbolçu mundialdan əvvəl zədə almışdı. Həkimlər nə qədər də şalışsa, zədə imkan vermir ki, futbolçu istədiyi oyunu göstərsin. Elə ilk oyundaca hiss olundu ki, Ronaldo əvvəlki Ronaldo deyil".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi