Subotiç rəsmən "Qəbələ"dən getdi

Subotiç rəsmən "Qəbələ"dən getdi
ÖLKƏ FUTBOLU 20 İyun 2014 / 13:34 3867
-  A +

Avroliqaya hazırlıqlarını davam etdirən "Qəbələ" klubu daha bir aparıcı futbolçusu vidalaşıb. Komandanın qol silahı olan Daniel Subotiç başa çatan müqviləsini yeniləməkdən imtina edib.

Bu barədə Qol.Az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, isveçrəli hücumçunun şəxsi problemləri olduğu üçün belə qərar verib.

"Subotiç iyunun 16-da komandaya qoşulmalı idi. Onunla yeni müqavilə haqda ilkin razılıq əldə etmişdik. Ancaq ailə problemi olduğuna görə komandanın düşərgəsinə gələ bilmədi. Biz də bildirdik ki, onu çox gözləyə bilmərik. Artıq Subotiç azad agent statusu olan sərbəst futbolçudur" - deyə Əzizov bildirib.

Klub rəsmisi artıq yeni hücumçu axtarışında olduqlarını da qeyd edib.

Qeyd edək ki, "Qəbələ"ni yay fasiləsində buna qədər  Omar Kalabane, Yannik Kamanan, Dieqo Koşta, Rodriges Asis, Lorense Ebesilio, Marat İzmaylov, İbrahima Niasse kimi aparıcı futbolçular da tərk edib.

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi