Cahangir Həsənzadə "Araz Naxçıvan"da

Cahangir Həsənzadə "Araz Naxçıvan"da
ÖLKƏ FUTBOLU 13 İyun 2014 / 16:51 2963
-  A +

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında iştirak edəcək "Araz Naxçıvan" klubu yay fasiləsində üçüncü transferini həyata keçirib. Belə ki, AZAL-la yollarını ayıran qapıçı Cahangir Həsənzadə Naxçıvan təmsilçisi ilə anlaşıb.

Bu barədə Qol.Az saytına  "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 35 yaşlı qapıçı ilə razılıq əldə olunub və bugünlərdə onunla bir illik müqavilə imzalanacaq.

Milli komandamızın sabiq üzvü C.Həsənzadə 2009-cu ildən AZAL-da çıxış edirdi.

Qeyd edək ki, "Araz Naxçıvan" buna qədər AZAL-ın daha iki futbolçusunu - Qərib İbrahimov və Emin Cəfərquliyevi də transfer edib.

Daha çox


Son xəbərlər