“Sabah” - “Şamaxı” matçında 2-ci qol - Yenilənir

“Sabah” - “Şamaxı” matçında 2-ci qol - Yenilənir
PREMYER LİQA 8 Noyabr 2026 / 17:58 5012
-  A +

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Günün və turun son matçında isə "Şamaxı" "Sabah"la üz-üzə gəlir.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

8 noyabr (bazar)

17:30.“Sabah” – “Şamaxı” - 1:1 (Birinci hissə)

Qol: Karlos Eduardo, 17 (1:0), Oruc Məmmədov, 27 (1:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR), Eyyub İbrahimov (AVAR)
“Sabah Arena”

15:00.“İmişli” – “Sumqayıt” - 0:0
Hakimlər:
Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR), Pərvin Talıbov (AVAR)
Yevlax şəhər stadionu

Turun digər nəticələri

“Qarabağ” - “Turan Tovuz” - 0:1

“Neftçi” - “Kəpəz” - 1:0

“Zirə” - “Qəbələ” - 2:1

“Şəfa” - “Araz-Naxçıvan” - 2:2 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Joarlem Santos ("Turan Tovuz") - 4 qol

Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner