"Qarabağ"dan ikinci transfer

"Qarabağ"dan ikinci transfer
ÖLKƏ FUTBOLU 12 İyun 2014 / 16:32 5398
-  A +

Son ölkə çempionu "Qarabağ" yay fasiləsində ikinci transferini həyata keçirib. Ağdam təmsilçisi "Neftçi"nin futbolçusu Tərlan Quliyevi heyətinə cəlb edib.

Bu barədə Qol.Az saytına "Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə,  gənc müdafiəçi artıq "Qarabağ"ın futbolçusudur.

"Qarabağ"ın  T.Quliyevlə bu gün rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, T.Quliyev U-21 milli komandamızın üzvüdür.

Xatırladaq ki, "Qarabağ" daha öncə Portuqaliyanın "Maritimo" klubundan hücumçu Danilo Diası transfer edib.

Daha çox


Son xəbərlər