"Qəbələ" klubunun prezidenti Tale Heydərov bu gün start götürən "III Qəbələ kuboku" haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, turnirin açılışında çıxış edən klub prezidenti yarış iştirakçılarını salamlayıb və gənc futbolçulara öz tövsiyələrini verib:
"Doğma şəhərimizdə sizləri görmək bizim üçün xoşdur. Bu turnir təbii gözəlliyi ilə seçilən Qəbələyə əlavə rəngarənglik qatır. Qəbələ kuboku turniri sadəcə futbol yarışı deyil, eyni zamanda bir bayramdır. Ümid edirəm ki, bu bayram "fair play" qaydaları çərçivəsindən kənara çıxmayacaq. Siz yeniyetmə futbolçular gözəl oyunla yanaşı komanda yoldaşlarınıza, rəqibə, hakimlərə, məşqçilərinizə və tamaşaçılara hörmət etməli və bununla da idmanın dostluq və sülh prinsiplərini uca tutmalısınız. İstər meydançada, istərsə də meydançadan kənarda göstərəcəyiniz alicənablıq peşəkarlığa doğru atdığınız bu önəmli addımları daha da sürətləndirəcək.
İnanıram ki, “III Qəbələ kuboku” hər birinizin yaddaşlarında həm gərgin idman mübarizəsi, həm də “fair-play”in qələbəsi kimi dərin iz buraxacaq. Sizlərə uğurlar arzulayır və hər birinizi gələcəyin peşəkar futbolçusu kimi görməyə ümid edirəm".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı