Azərbaycan Premyer Liqasının 2013/2014 mövsümünün bir sıra statistik məlumatları açıqlanıb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistikaya əsasən topa ən çox nəzarət edən komanda “Qarabağ” olub. Ağdam futbolçuları orta hesabla hər oyunda 34 dəqiqədən çox topa nəzarət ediblər.
Hücum sayında “Neftçi” digər komandalardan daha üstün olub (oyun ərzində 101 dəfə). Qapılara zərbələrdə isə “Xəzər Lənkəran”, “Bakı” və “Neftçi” fərqlənib – orta hesabla hər oyunda 15 zərbə.
Ölkə çempionu olmuş “Qarabağ” ötürmə sayında və dəqiqliyində də rəqiblərini geridə qoyub – müvafiq olaraq 631 ötürmə, onlardan 551-i dəqiq olub (orta hesabla hər oyunda).
Azərbaycan kubokunu ardıcıl ikinci dəfə qazanan ötənilki çempion “Neftçi” oyun ərzində orta hesabla 6 künc zərbəsi ilə bu göstərici üzrə liderdir.
Premyer Liqamızın gümüş mükafatçısı “İnter” klubunun futbolçuları oyundankənar vəziyyətlərin sayına görə “fərqləniblər”. Bakılıların hər oyun üçün orta göstəricisi 3,5-dir.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı