"Çelsi" Lempardla müqaviləni yenilədi

"Çelsi" Lempardla müqaviləni yenilədi
DÜNYA FUTBOLU 21 May 2014 / 20:02 3051
-  A +

Frank Lempard daha bir il "Çelsi"nin şərəfini qoruyacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London klubu təcrübəli oyunçu ilə müqaviləni bir il müddətinə uzadıb. F.Lempard yeni sözləşməsi ilə həftədə 150 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, 2001-ci ildən "Çelsi"nin şərəfini qoruyan 35 yaşlı Lempardın müqaviləsi bu ayın sonu başa çatırdı.

Xatırladaq ki, London klubu bundan əvvəl təcrübəli futbolçusu Con Terri ilə müqaviləni yeniləmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner