"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin “Rossiyskaya gazeta” nəşrinə müsahibə verib. Qol.Az-ın xəbərinə görə, o, komandasının cari mövsümdəki çıxışını dəyərləndirib, dünya çempionatında ölkəsinin yığmasına dəstək vermək üçün Braziliyaya gedəcəyini bildirib:
- Bu yaxınlarda “Spartak”ın baş məşqçisi vəzifəsinə namizəd olacağınızla bağlı xəbərlər yayıldı. Belə başa düşürük ki, siz Rusiyaya qayıtmağın mümkünlüyünü heç zaman istisna etməmisiniz...
- Ümid edirəm ki, təkliflər yenə gələcək. Ancaq hələlik belə bir şey yoxdur. Düşünürəm ki, bu haqda danışmağın vaxtı deyil. Xüsusilə də mənim “Qəbələ” ilə qüvvədə olan müqaviləm var. Rusiyada mənə ehtiyac olarsa, işləyəcəyəm. Əks halda, bunu faciəyə çevirməyəcəyəm.
- "Qəbələ"dəki debüt mövsümünüz artıq başa çatmaq üzrədir. Cari mövsümü necə dəyərləndirirsiniz?
- Yəqin ki, lap əvvəldən başlamaq lazımdır. Mövsümün əvvəlində komandada ciddi dəyişikliklər oldu. Ötənilki heyətdən çox az futbolçu qaldı. Sonradan komandaya bir sıra yeni futbolçu dəvət etdik. Uzun müddət Premyer Liqada lider olduq, futbolçuların yaxşı motivasiyası var idi. Qış fasiləsindən sonra heyət daha da gücləndirildi, hər şey yüksəlişə doğru getməkdənsə, əksinə oldu. Niyə? Buna cavab vermək çətindir. Lakin sonradan aydın oldu ku, futbolçuların eyni hazırlıq mərhələsi keçməməsi bunda mühüm rol oynadı. Gələn futbolçulardan bəziləri, o cümlədən Marat İzmaylov bu mərhələni keçməmişdi. Bir neçə oyunda gözlənilmədən məğlub olduq. Daha sonra zədə epidemiyası başladı və biz titul uğrunda mübarizədən kənarda qaldıq. Fikrimcə, komandamız hələ bu mübarizəyə hazır deyil. Axı biz elit oyunçuları dəvət etməmişdik. Faəliyyətini dayandırmış Kiyev “Arsenal”ından futbolçular gəlmişdi. Kimlərsə “Volın”dan transfer olunmuşdu. Rusiya liqasından oyunçu dəvət etmək, ümumiyyətlə, asan deyil.
- Marat İzmaylovun "Qəbələ"yə dəvəti də səhv addım idi?
- Qətiyyən yox! Əksinə, bu kömək oldu. Gənc oyunçular əsl peşəkarın nə demək olduğunu, bu oyunçunun texnikasının necə olduğunu gördülər. Ancaq ilk vaxtlarda Marat da fiziki cəhətdən hazır deyildi. Çünki o, “Portu”nun heyətində uzun müddət oynamamışdı. İndi isə Marat yaxşı səviyyədə oynayır. Matçın taleyini həll etdiyi çoxlu oyunlar olub.
- Bəs onun yığmaya qayıtmağa gücü yetər?
- Maratın dünya çempionatında oynaması artıq real deyil. Vaxt az qalıb. Baş məşqçi də onu görməli və İzmaylova çox inanmalıdır. Düşünürəm ki, Kapello Maratı yaxşı tanımır.
- Artıq dünya çempionatının başlamasına az qalıb. Braziliyada olmusunuz?
- Bu ölkəni çox ziyarət etmişəm və indi də ora getməyə hazırlaşıram. Artıq dostlarımızla otel sifariş vermişik, biletlər almışıq və qrup mərhələsində komandamızı dəstəkləməyə gedəcəyik.
- Dünya çempionatında Rusiya yığmasından nə gözləyirsiniz?
- Məncə, pley-off mərhələsinə yüksələ biləcəyimiz qrupdayıq. Cənubi Koreya millisi hər zaman güclü komandalardan olub. Əlcəzair yığması da güzəştə gedən komandalardan deyil.
Tudoru o əvəzləyə bilər
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı