Rusiyanın nüfuzlu “Sovetski sport” qəzetində Azərbaycanın Madridin “Atletiko” klubuna sponsorluq etməsi ilə bağlı yazı dərc olunub. Qol.Az-ın xəbərinə görə, müəllif Yevgeni Şuvayev yazır ki, 18 illik fasilədən sonra İspaniya çempionu olan, eyni zamanda Çempionlar Liqasının finalına vəsiqə qazanan “Atletiko” bu mövsümün birnömrəli sensasiyası olub.
“Atletiko”nun bu uğurundan ən çox udan hətta İspaniya da deyil, Azərbaycan oldu” – deyə müəllif qeyd edib.
Yazıda xatırladılır ki, hələ 2012-ci ildə “Atletiko” Azərbaycanla (“Bakı” futbol klubu ilə - red.) əməkdaşlıq müqaviləsi imzalayıb: “Bu müqaviləyə əsasən, “Atletiko” oyunlara “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formayla çıxmalı, Azərbaycanın yeniyetmə futbolçularının inkişafı ilə bağlı bu ölkə ilə əməkdaşlıq etməlidir. Bundan başqa, “Visente Kalderon”da (“Atletiko”nun ev oyunlarını keçirdiyi stadion – red. ) Azərbaycandan olan fəxri qonaqlar üçün VİP-loja ayrılıb. Madrid klubu sözügedən əməkdaşlıqdan bir mövsüm üçün 12 milyon avro gəlir götürür. Bu, “Barselona” ilə müqayisədə gülməli rəqəmdir. Nəzərə alaq ki, bu mövsüm bir dəfə də olsun Dieqo Simeonenin komandasına qalib gələ bilməyən Kataloniya klubu Qətərlə eyni məzmunlu əməkdaşlığa görə, beş ildə 150 milyon avro gəlir götürür”.
Yazıda Azərbaycan – “Atletiko” əməkdaşlığı ilə bağlı Madrid klubunun prezidenti Enriko Seresonun fikirlərinə yer ayrılıb: “Cəmi bir il ərzində Azərbaycan brendini bütün dünyada tanıtdırmağa, iki ölkə arasında əlaqələri ən yüksək səviyyətə inkişaf etdirməyə çalışdıq”. Enriko Sereso bu fikirləri deyəndə hələ heç bir turnirdə qalib gəlməmişdi. Zaman göstərdi ki, bununla qətiyyən tələsməyib”.
Yazı müəllifi “Atletiko”nun Çempionlar Liqasının finalında, İspaniya superkubokunda və mümkündür ki, Avropa superkuboku uğrunda matçda oynayacağını da yazıb. Yevgeni Şuvayevin fikrincə, bundan sonra bütün dünyada Azərbaycanı xəritədə və internetdə axtaranları sayı daha da artacaq.
Yazıda həmçinin bildirilib ki, “Land of fire Azerbaijan” brendinə qısqanclıqla yanaşanlar da tapılıb. Konkret olaraq, Çempionlar Liqasının “Çelsi”yə qarşı keçirilmiş yarımfinal matçından sonra İranın «Jam-e Jam» qəzetində “Atletko”nun forması üzərindəki Azərbaycan sözlərinin silindiyi xatırladılıb: “Bu, çox təəccüblü addım idi. Çünki elə həmin qəzetin internet saytında o şəklin orijinalı vardı”.
Yazıda bildirilir ki, “Atletiko” Azərbaycan hakimiyyətinin birinci və sonuncu layihəsi deyil: “Ölkənin əsas hədəflərindən biri paytaxtda “Avro-2020”nin və Yay Olimpiya Oyunlarının keçirilməsinə nail olmaqdır”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək