“Qəbələ”nin baş məşqçisi Yuri Syomin komandasının Azərbaycan Premyer Liqasını üçüncü yerdə başa vurmasını şərh edib. Qol.Az-ın xəbərinə görə, “Sport-ekpress” qəzetinə açıqlamasında o, Avropa Liqasına vəsiqə qazanmalarından məmnunluğunu ifadə edib.
“Qazanılan bürünc medal təkcə klubun deyil, həm də mənim şəxsi uğurumdur. Azərbaycan çempionatını ilk üçlükdə başa vurmaq həm şərəfdir, həm də çox çətindir” – deyə o bildirib.
Rusiyalı mütəxəssisin sözlərinə görə, son vaxtlar Azərbaycanın aparıcı klubları səviyyəli legionerlərin hesabına daha da gücləndiyindən medallar uğrunda mübarizə çətinləşib: “Sevinirəm ki, ilk üçlüyə faktiki olaraq yeni komanda hesabına düşdük. Bunda bizə matçlara hazırlıq üçün gözəl şərait yaradan klubun rəhbərliyinin böyük əməyi oldu. Bizdə həm yüksəliş, həm də eniş dövrü oldu. Amma komandadakı yaxşı ab-hava özümüzü toparlamağa və çempionatın sonluğunu uğurla başa vurmağa imkan verdi. Nəticədə “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandı. Hesab edirəm ki, klub doğru yoldadır. Biz çempionatda yaxşı oynadıq. Amma qarşıda mövsümün ən vacib matçı – “Neftçi” ilə kubokun oyunu var. “Qəbələ” tarixində ilk dəfə finalda oynayacaq” – deyə Y.Syomin vurğulayıb.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək