"Qəbələ" klubunun baş meneceri Zaur Əzizovun Qol.Az saytına müsahibəsi
- "Qəbələ"nin milli komandamızın və Rusiyanın "Rubin" klubunun futbolçusu Ruslan Abışovu transfer etmək istəməsi ilə bağlı məlumat yayılıb. Yazılanlarla bağlı fikirlərinizi bilmək istərdik.
- Ruslan Abışovu bu ilin yanvar ayında komandamıza cəlb etmək istəyirdik. Ancaq o, karyerasını Rusiyada davam etdirməyə üstünlük verdi. Ruslan milli komandamızın futbolçusudur. Belə bir oyunçunu "Qəbələ"də görmək istəyirik.
- Hazırda Abışovun transferi "Qəbələ"nin gündəmindədir?
- Gündəlikdə olan məsələ sabahkı çempionat və ayın 22-də keçiriləcək kubok oyunudur. Ondan sonra bu və ya digər transfer işləri ilə məşğul olacağıq.
- Marat İzmayılovun icarə müddəti başa çatır. Bu barədə futbolçunun məxsus olduğu "Portu" klubu ilə danışıqlarınız olub?
- Mövsüm tam başa çatdıqdan sonra bu məsələni də müzakirə edəcəyik. Maratın "Qəbələ"də qalmaq ehtimalı çoxdur. Çünki son oyunlarda komandamıza daha çox köməyi dəyir. Onun çıxışından razıyıq.
- Baş məşqçi Yuri Syominin İzmayılovla bağlı fikri nədir?
- Sözsüz ki, Syomin də onun komandada qalmasını faydalı hesab edir.
- "Qəbələ" Avroliqaya vəsiqəni təmin etdiyindən daha yaxşı transferlərə ehtiyac duyulur. Tanınmış futbolçuların heyətə cəlb olunacağı gözlənilir?
- Hazırda əsas məqsəd odur ki, heyətimizin özəyini qoruyaq. Yeni transferlər adlı-sanlı və ya tanınmayan futbolçular ola bilər. Əsas odur ki, baş məşqçimizin tələblərinə cavab verən oyunçular olsun.
- "Qəbələ"nin Avroliqada ev oyunlarını öz stadionunda keçirməsi mümkündür?
- Rəqiblərimizi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəyik. Ancaq hazırda öz stadionumuzda işləri sürətləndirmişik. Ehtimal var ki, ev oyunlarını Qəbələdə keçirək. İyun ayında məsələyə tam aydınlıq gələcək.
Ramiq AĞAMƏMMƏDOV
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"