Görəsən, bu cür futbol təfəkkürü ilə “Xəzər Lənkəran” rəhbərliyi nəyə nail olmaq istəyir? Əvvəlki illəri bir kənara qoyaq, son iki ildə Cənub klubu düz dörd dəfə baş məşqçi dəyişib. Bu, hər mövsümə iki məşqçi deməkdir.
“Xəzər Lənkəran” bu gün Mustafa Dənizlini də istefaya göndərdi. Halbuki çox yox, bir gün əvvəl elə həmin Dənizli mətbuat konfransı keçirərək gələn mövsüm üçün planlarından bəhs etmiş və istefası haqda danışarkən heç bir yerə getməyəcəyini demişdi. Onun bir əlavəsi də olmuşdu: “Heç mənim istefa verdiyimi görmüsünüz? Həmişə müqaviləmin müddəti bitib, özüm ayrılmışam”. Bəs, bir gün ərzində nə baş verdi ki, Dənizli qərarını dəyişdi. Əlbəttə, hələlik klubdaxili məsələ olduğu üçün bu haqda nəsə fikir yürütmək çətindir.
Amma Mustafa Dənizli işlədiyi Türkiyə ilə Azərbaycanın, böyük “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray”la, Etibar Cəbrayıloğlunun sözü olmasın, Qumbaşı kəndindən o tərədə gedə bilməyən “Xəzər Lənkəran”ın fərqini bilməliydi. “Xəzər Lənkəran” rəhbərliyi o boyda məşqçiyə də bir il işləmək imkanı vermədi, müqaviləsi başa çatmamış istefaya göndərdi. Özü də çox urvatsız şəkildə.
“Xəzər Lənkəran”ın cari mövsümdə Avropa Liqasına gedə bilməməsi, kubokda mübarizəni yarımfinalda dayandırmasının səbəbkarı dərinə gedəndə Mustafa Dənizli deyil, klubun rəhbərliyidir, Mais Mənsimovdur, Tuyqun Nadirovdur.
Mübariz Mənsimov Azərbaycan tarixində təkcə xeyirxah əməlləri ilə deyil, həm də böyük bir bölgədə - Cənub zonasında futbolu dirildən bir insan kimi qalacaq. Bu şəxs klub üçün təmənnasız olaraq bu qədər iş görüb: stadion tikdirib, komandanın uğur qazanması üçün neçə-neçə səviyyəli futbolçu gətirib, milyonlarından keçib. Amma onu da vurğulamaq lazımdır ki, “Xəzər Lənkəran”ın bu gün bərbad nəticələr göstərməsində Mübariz Mənsimovun verdiyi qərarların da rolu az deyil. Daha dəqiqi çoxdur, lap çox. Mübariz Mənsimov ən azı komandasının uğursuzluğuna səbəb olan tez-tez baş məşqçi dəyişikliklərinin qarşısını almalı idi, amma heyf ki, almadı. Dənizlini komandada qalmalıydı, "Xəzər Lənkəran"ı düzəltməsinə şans verilməliydi. Amma Mübariz Mənsimov onu belə tezliklə istefaya göndəriıməsinə razılıq verdi.
Futbolu Azərbaycan səviyyəsində olan ölkələrdə tez-tez baş məşqçi dəyişikliyi edən klublar heç vaxt uğura nail ola bilməyiblər. Söhbət təkcə “Xəzər Lənkəran”dan getmir. Elə öz ölkəmizə baxaq: “Rəvan”, “Bakı”, AZAL, bu mövsümdəki nəticəsi istisna olmaqla həmin “Qəbələ”. Bu klublardan hansısa ya Avropaya getməyib, ya da gedibsə belə, elə qapının ağzından geri dönüblər. Eynilə “Xəzər Lənkəran” kimi. Heyf ki, avrokuboklardakı ən uzücü məğlubiyyətlərdə daha çox adı keçir Cənub təmsilçisinin. Amma əksi olmalıydı. “Xəzər Lənkəran” bu qədər yüksək şəraitin müqabilində ən azı Avroliqada pley-offa qədər gəlməliydi.
Amma tez-tez baş məşqşi dəyişiklikləri buna imkan vermədi və əgər Mübariz Mənsimov futboldakı bu siyasətini davam etdirərsə, yəqin ki, “Xəzər Lənkəran” hələ uzun illər “qara zolaq”da qalacaq, gələcəkdə hətta Avropaya getsə belə, bir-iki mərhələ sonra mübarizəni dayandıracaq.
Qol.Az
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"