“Qəbələ” klubunun prezidenti Tale Heydərov komandalarının baş məşqçisi Yuri Syominin fəaliyyətinə qiymət verib. Qol.Az-ın xəbərinə görə, T.Heydərov CBC telekanalına müsahibəsində Syominin tanınmış mütəxəssis olduğunu söyləyib:
“O, Azərbaycanda “Qəbələ”yə kömək etmək üçün işləyir. Burada ilk ili olduğu üçün onun faəliyyətini uğurlu saymaq olar. Biz kubokun finalına vəsiqə qazanmışıq, hazırda çempionatda dördüncü yeri tuturuq və avrokuboklara vəsiqə əldə etmişik”.
Klub prezidenti Syominin gələcək karyerası haqda da danışıb: “Hələlik onun burada qalması ilə bağlı məsələ həll olunmayıb. Syomin bununla bağlı qərar verməyib. Şəxsən mən Syominin “Qəbələ”də qalmasını istəyirəm. Çünki o, təcrübəli və yaxşı məşqçidir. Amma hər şeyi zaman göstərəcək” – deyə o bildirib.
T.Heydərovun sözlərinə görə, komandanın qarşısına Azərbaycan kubokunu qazanmaq vəzifəsi qoyulub. O həmçinin qeyd edib ki, Avroliqada “Qəbələ”yə yeni legionerlər cəlb oluna bilər: “Bu, komandanın məşqçisinin qərarından asılı olacaq. Mən bu işlərə qarışmıram və məşqçimizi dəstəkləyirəm”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?