İmamverdiyev: "Neftçi"yə yaraşmayan yerdəyik"

İmamverdiyev: "Neftçi"yə yaraşmayan yerdəyik"
ÖLKƏ FUTBOLU 16 May 2014 / 00:01 2440
-  A +

"Bütün komanda ilə birgə qarşıdakı iki vacib oyunumuza hazırlaşırıq. Çox ciddi hazırlıq gedir. Sabah "Simurq"la oyun üçün Zaqatalaya yola düşəcəyik".

Qol.Az saytına açıqlamasında bu sözləri "Neftçi" klubunun futbolçusu Cavid İmamverdiyev deyib.

Premyer Liqamızın 36-cı turunda səfərdə "Simurq"la qarşılaşacaq "Neftçi" üçün bu görüş üçüncü pillədəki yerini qorumaq baxımından əhəmiyyətlidir. Ancaq mayın 22-də ölkə bukonun finalında "Qəbələ" ilə oyunu düşünən baş məşqçi Böyükağa Hacıyev yəqin ki, komandanın bir neçə aparıcı futbolçusuna istirahət verəcək. İmamverdiyev isə "Neftçi"nin hansı heyətlə oynamasından asılı olmayaraq səfərdən qələbə ilə qayıdacaqlarına inandığını deyib:  "Neftçi"nin gənc futbolçuları da əsas heyət üzvlərindən geri qalmır. Hələlik baş məşqçimizin Zaqatalaya kimi aparacağını bilmirik. Ancaq "Neftçi"də bütün futbolçular digərlərini layiqincə əvəzləməyə qadirdir".

Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaqları oyundan da danışan yarımmüdafiəçi iddialı açıqlama verib: "Həmin oyunda uduzmağı heç ağlımıza da gətirmirik. Nə olursa olsun, kubok bizim olmalıdır. Başqa nəticə düşünmürük.  Çempionluğu əldən verdik, hazırda "Neftçi"yə yaraşmayan bir yerdəyik. Mövsümü titulsuz başa vurmaq bizim üçün acınacaqlı olar". 

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu