"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli cari mövsümün yekunu ilə bağlı bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran türkiyəli mütəxəssis bir sıra məsələlərə aydınlıq gətirib:
"Xəzər Lənkəran"a mövsümün ortalarında gəlmişdim. O zaman komanda 8-ci sırada idi. "Xəzər Lənkəran" orta hesabla hər oyuna 1 xal qazanırdı. Ölkə kubokunu qazanmaqla Avropa Liqasına getməyi düşünürdük. Lakin komanda həmin vaxt yaxşı vəziyyətdə deyildi. "Qəbələ" ilə cavab matçını yüksək səviyyədə keçirsək də, buraxdığımız bir qolla ümidlərimiz puç oldu. Planlarımızı həyata keçirə bilmədik. Bunu etiraf etməliyik. Ancaq biz yerli çempionatı yaxşı öyrəndik. Növbəti mövsümdən yerli futbolçulara üstünlük verəcəyik. Ölkə xaricindən bəlkə bir futbolçu aldıq. Hər zaman iddialı məşqçi olmuşam. Komandanın hazırki vəziyyəti məni çox məyus edir. Mətbuatda tənqid olunmağımızı da normal qəbul edirəm".
M.Dənizli klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşdüyünü, gələcək planları və istəkləri haqda rəhbərliyə məlumat verdiyini bildirib: "Mübarizə bəy xaricdə idi. İstanbula şəxsi məsələlərlə bağlı getmişdim. Onunla telefonla da danışa bilərdim. Lakin getmişkən Mübariz bəylə görüşmək istədim. Gələcək planlarım barədə danışdıq. Onlara siyahı təqdim etdim. İstəklərim qəbul olunmasa, bu o demək deyil ki, tərəflər ayrılmalıdır. Mənim istefa verdiyimi görmüsünüz? Hər zaman müqaviləm başa çatıb, getmişəm. Futbolçuların maaşlarının verilməsində müəyyən gecikmə ola bilər. Lakin yaxın vaxtlarda bu məsələ də yoluna qoyulacaq".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?