"Bakı" klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bir neçə uğursuz çıxışdan sonra Premyer Liqamızın 35-ci turunda AZAL-a qalib gələ bildiniz...
- Onsuz da bizim üçün hər şey bitib. Son turları öz adımıza görə oynayırıq. AZAL-la görüşə də qələbə əhvalı ilə çıxmışdıq. İstədyimiz qolu vurduq və minimal hesabla qalib gəldik.
- Oyun ətrafında çox söz-söhbətlər oldu. AZAL-ın baş məşqçisi və futbolçuları iddia edir ki, "Bakı" Fair Play qaydalarına əməl etməyib. Onlar Şoliçin topu boş qapıdan keçirəcəyini gözləmədiklərini bildiriblər.
- Oyunun videoyazısında həmin epiozoda dəfələrlə baxmışıq. Qapıçı orada niyə yıxıldığını başa düşə bilmirəm. Çünki ona heç bir təmas olmayıb. Oyunun gedişatında qapı boş olsa belə, topu qapıdan keçirməmək düzgün olmazdı. Rəqib komandadan bəziləri qapıçılarının yıxılmasına, bəziləri isə topun bizim futbolçunun əlinə dəydiyinə etiraz edir.
- Mövsüm ərzində "Bakı" iddialı görünürdü. Ancaq sonda Avroliqadan kənarda qaldınız.
- Həqiqətən qış fasiləsindən sonra çox yaxşı çıxış edirdik. Ardıcıl altı oyunda uduzmadıq. Üçüncü dövrənin ən çox xal yığan komandalarından idik. Ancaq son turlarda elə xallar itirdik ki, bu barədə heç danışmaq istəmirəm.
- Bu nəticəni "Bakı" üçün faciə sayanlar çox olsa da, baş məşqçiniz Milinko Pantiç daha əvvəldən komandanızın Avroliqaya hazır olmadığını demişdi.
- Əslində istəyərdik ki, biz də Avroliqaya vəsiqə qazanaq. Baş məşqçimiz Milinko Pantiç bildirib ki, "Bakı"da ilk ili olduğu üçün Avroliqaya vəsiqə qazana bilməmək faciə sayılmamlıdır. O, gələn il daha yaxşı kollektiv formalaşdıracağını və iddialı bir komanda quracağını deyib. Ancaq bu mövsüm istər kubokda, istərsə də çempionatda yaxşı şansımız var idi. Təəssüf ki, özümüz bu şansı əldən verdik.
- "Bakı" üçün mövsüm uğurlu hesab edilə bilməz. Özün üçün mövsümü necə dəyərləndirirsən?
- Heç mənim üçün də mövsümü uğurlu saymaq olmaz. Çünki əsas heyətdə çox az oynadım.
- Növbəti turda sizi kubokdan kənarlaşdıran "Rəvan"la üz-üzə gələcəksiz.
- "Rəvan"ın vəziyyəti hazırda bizdən də pisdi. Çünki elitanı tərk edə bilərlər. Bizi kubokdan kənarlaşdırmalarını unutmamışıq. Bu oyunda qələbə daha vacibdir ki, mövsümü yaxşı əhval-ruhiyə ilə bitirək.
- "Bakı" ilə müqavilən bitir. Klubla danışığınız olub?
- Hələlik komandada elə bir ab-hava var ki, futbolçuların müqaviləsi haqda söhbət aparılmır. Çempionatın bitməsinə bir həftə qalıb. Bu müddət ərzində hər şeyə aydınlıq gələcək.
Ramiq AĞAMƏMMƏDOV
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?