Milli komandamızın məşqçisi Aslan Kərimov Qol.Az saytına müsahibə verib. Uzun illər "Qarabağ"ın şərəfini qorumuş və kapitanı olmuş mütəxəssis sabiq komandasının çempionluğundan bəhs edib.
- "Qarabağ"ın çempionluğunu necə dəyərləndirirsiniz?
- "Qarabağ"ın bu mövsüm keçdiyi yola baxanda görürük ki, həqiqətən də layiqli çempion olublar. Uzun və çətin bir yol qət etdilər. Məncə, çempionluğun açarlarından biri rəhbərlik oldu. Çünki baş məşqçi Qurban Qurbanova güvəndilər, onunla uzunmüddətli işbirliyi qurdular və sonda nəticəsini gördülər. "Qarabağ"ın əldə etdiyi oyunçuları da qeyd etmək lazımdır. Təkcə Reynaldonu misal gətirmək kifayətdir. Qurban Qurbanovun oyun üslubu həm azarkeşlərə xoş gəlirdi, həm də bu yolla digər rəqiblərini üstələyirdilər. Bu keyfiyyətli oyunu bütün çempionat ərzində müşahidə etdik.
- "Qarabağ"la 21 il əvvəl çempionluq yaşamısınız. Həmin dövrü necə xatırlayırsınız?
- O çempionluğun karyeramda böyük izi var. Çünki gənc bir uşaq idim, "Qarabağ"a gəldiyim ildə çempion oldum. Gənc olmağıma baxmayaraq, həm məşqçilər, həm də futbolçular məni qəbul etdilər və əsas heyətdə yer aldım. Həmin il mövsümün əvvəllərində Ağdamın "İmarət" stadionunda oynayardıq. Ancaq çempionatın sonuna yaxın müharibənin gərgin vaxtları olduğu üçün öz meydanımızda oynamağa çətinlik çəkirdik. Təsəvvür edin ki, oyun vaxtı stadionun yaxınlığına qrad mərmisi düşdü. Buna baxmayaraq, 15 dəqiqə fasilədən sonra oyuna davam etdik. Belə hadisələr futbolçunun beynində daima qalır. O dövrdə də "Qarabağ" güclü idi. Bizə rəqib kimi cəmi 3-4 komandanı göstərmək olardı: "Kəpəz", "Turan", "Neftçi". Bu komandaların içərisində isə ən yaxşı heyət bizdə idi. Buna görə də çempionluğu əldə etdik.
- İndiki çempion 21 il əvvəlkindən çox güclüdürmü?
- Ümumilikdə indiki komanda ilə o dövrkünü müqayisə etmək düzgün olmazdı. Çünki o vaxt oyun üslubu tam başqa idi. Sürət baxımından futbolumuzda böyük irəliləyiş var. Dünya futbolunun canlı əfsanəsi Pelenin dövründə futbolu yeriyərək oynayıblar. Bəli, o dövrdə bizim heyətimiz güclü idi. Ancaq həmin çempion "Qarabağ" indiki "Sumqayıt"a da məğlub ola bilərdi.
- "Qarabağ"ın Çempionlar Liqasındakı şanslarını necə qiymətləndirirsiniz?
- "Qarabağ" mövsümün sonuna iki tur qalmış baxımlı oyunu ilə çempion oldu. Bu da komandaya böyük inamın olmasına gətirib çıxarır. Bütün azarkeşlər "Qarabağ"dan Çempionlar Liqasında çox şey gözləyir. Azərbaycan klublarının Çempionlar Liqasının və ya Avroliqanın qrup mərhələsində düşməsi üçün təkcə komandanın komplektləşdirilməsi, gücü bəs etmir. Burda püşkatmadan da çox asılıdır. İlk mərhələdə "Qarabağ"a uyğun rəqib düşəcək. Nə qədər hazırlıqlı olsaq da, top klublar bizə rəqib olanda çətinlik çəkirik. Təbiidir ki, Almaniya klubu ilə düşəndə mübarizə apara bilmirik. "Qarabağ" ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Ümid edirəm ki, komandamızın reytinqi kifayət edəcək ki, ilk mərhələlərdə nisbətən asan rəqiblərlə düşsün. Üçüncü təsnifat mərhələsində Polşa, Yunanıstan və Kipr klubları ilə düşə bilərik. Bu ölkələrin komandaları ilə oynamaq da bizim üçün asan deyil. Ancaq bu klublar "Qarabağ" üçün keçilməz deyil. Onları da məğlub edə bilərik. Ən güclü sınaq isə play-off mərhələsində olacaq. Orda şanslarımız 50 faizdən aşağıdır. Bu da onunla bağlıdır ki, ümumi futbol səviyyəmiz Avropadan geri qalır. Ancaq "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə düşmək şansı çoxdur. Klubun siyasətini bilmirəm. Ancaq ÇL-ın qrup mərhələsinə düşməyi hədəf seçiblərsə, mütləq 1-2 futbolçu alınmalıdır. Yüksək səviyyəli oyunlarda müxtəlif çatışmazlıqlar özünü göstərir ki, bunun qarşısını alamq üçün heyət geniş olmalıdır.
- Avroliqada mübarizə aparacaq və bu mübarizədən kənarda qalan komandalarımız haqda da fikirlərinizi bilmək istərdik.
- Bir tərəfdən sevindirici haldır ki, "Qəbələ" ilk dəfə olaraq Avroliqaya vəsiqə qazandı. Bu komandanın oyunu enişli-yoxuşlu oldu. "Qəbələ"də "Qarabağ"dakı stabillik çatmır. Ancaq hələ heç nə itirilməyib. Kuboku qazanmağa da çox iddialıdırlar. Bir sözlə bu mövsümü "Qəbələ" üçün uğurlu saymaq olar. "Neftçi" və "İnter" də Avropada yaxşı nəticələr göstərə bilər. Gözlədiyimizin əksini verən iki komanda oldu ki, bunlar da "Xəzər Lənkəran" və "Bakı"dır. Hamı düşünürdü ki, "Xəzər Lənkəran" 10 illik yubileyində ən azından Avropa səhnəsinə çıxacaq. "Bakı"nın da mübarizədən kənarda qalmağı acınacaqlıdır.
Ramiq AĞAMƏMMƏDOV
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"