"Qarabağ" klubunun futbolçusu İlqar Qurbanov Qol.Az saytına müsahibəsində Premyer Liqamızın 35-ci turunda "Sumqayıt"a məğlub olduqları (0:1) oyundan, Çempionlar Liqasındakı şanslarından və komandası ilə mövcud müqaviləsindən danışıb.
- Çempion "Qarabağ" autsayder "Sumqayıt"a məğlub oldu. Bunun səbəbini necə izah edə bilərəsən?
- Baxımlı oyun göstərə bilmədik. Bunun müxtəlif səbəbləri var. Tam fərqli heyətlə çıxış edirdik. Bundan başqa havanın çox isti olması və süni örtüklü meydança oyunumuza təsir etdi. Həm də mövsümün son oyunları çətin olur.
- Yəqin ki, çempionluqdan sonra futbolçularınız oyuna köklənməkdə də çətinlik çəkib.
- Əlbəttə, artıq çempionluğumuz rəsmiləşdirmişik. Əsas məqsədimizə çatmışıq. İstər-istəməz futbolçular oyuna əvvəlki qədər köklənə bilmir. Əsas məqsədimiz o idi ki, futbolçularımız zədələnməsin. Təbii ki, "Sumqayıt"da qələbə istəyi daha çox olmalı idi. Onlar elitada qalmaq üçün mübarizə aparır.
- "Xəzər Lənkəran"la oyuna necə yanaşırsınız? Bu görüşdən sonra komandanız çempionluq kubokuna qovuşacaq.
- "Sumqayıt"la oyuna da ciddi hazırlaşmışdıq. Sadəcə qeyd etdiyim səbəblərə görə uduzduq. Əlbəttə ki, "Xəzər Lənkəran"a mütləq qalib gəlməliyik. Çünki öz azarkeşlərimizin qarşısında oynayacağıq. Bəli, həmin gün bizə çempionluq kuboku təqdim ediləcək. Buna görə qalib gəlməyimiz vacibdir. Mövsümə qələbə ilə yekun vurmaq əla olardı.
- Komandanız ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Hər kəs "Qarabağ"dan daha artıq uğur gözləyir. Bu gözləntilər komandanıza əlavə yükdür, yoxsa stimul?
- Məncə, bizdən daha böyük uğurlar gözlənilməsi təbiidir və bunun bizə faydası olacaq. Komanda nə qədər məsuliyyətli olsa, bir o qədər yaxşı nəticələr qazanır. "Qarabağ"ın avrokuboklarda böyük təcrübəsi var. Bu dəfə isə bizim üçün çox çətin olacaq. Çünki Çempionlar Liqası Avroliqadan fərqli bir turnirdir. Ancaq əlimizdən gələni etməliyik ki, həm azarkeşlərimiz sevindirək, həm də bizə bəslənilən ümidləri doğruldaq.
- Azarkeşlərdən söz düşmüşkən, bütün komandalarımızda olduğu kimi "Qarabağ"ın da azarkeş sayı çox azdır.
- Bəli, "İnter"lə oyunda da azarkeş sayı ürəkaçan deyildi. Çempion komandanı daha çox insan dəstəkləməli idi. Mən bunları maddiyata bağlayıram. İnsanlar futbol yox, çörək pulu qazanmaq, ailəsini saxlamaın dərdini çəkir.
- Avroliqa oyunlarında isə kifayət qədər azarkeşiniz olur.
- Avrokuboklarda bizi bütün Azərbaycan dəstəkləyir. Həmin oyunlarda "Neftçi", "Xəzər Lənkəran", "İnter" və başqa klubların azarkeşləri də stadiona gəlir.
- "Qarabağ"la müqavilən başa çatır. Klubla yeni sözləşmə haqda danışığın olub?
- Hələ ki, danışığımız olmayıb. Ancaq bu gün, ya da sabah bu məsələyə tam aydınlıq gələcək.
- Yəni komandada qalırsan, yoxsa gedirsən?
- Bu barədə özüm də qərar verməmişəm.
- Başqa klublardan təklif almısan?
- Bəli, 1-2 təklif almışam. Ancaq onlara bildirmişəm ki, klubumla danışmamış bir söz deyə bilmərəm.
Ramiq AĞAMƏMMƏDOV
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"