"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Premyer Liqasının 35-ci turunda "Rəvan"la matçdan (2:1) sonra açıqlama verib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qalib gəldikləri qarşılaşma haqda bunları deyib:
"Rəvan"la qarışıq oyun alındı. Çoxsaylı qol imkanları yaratmağımıza baxmayaraq, həlledici vuruş çatışmırdı. Rəqib iki hissə ərzində qapımıza bir zərbə vurdu, o da qol oldu. Oyunun gərgin keçəcəyini gözləyirdim. Medallar uğrunda qızğın mübarizə getdiyi kimi Premyer Liqada qalmaq üçün də “Sumqayıt”la “Rəvan” mübarizə aparır. Yaxşı ki, son anda futbolçular özlərində güc tapıb son nöqtəni qoya bildilər. Artıq çempionatın sonuna bir tur qalıb".
B.Hacıyev “Simurq”a qarşı görüşün də çox çətin keçəcəyini söyləyib:
"Çünki, üçüncü yerin sahibi məhz bu oyunlarda müəyyən olunacaq".
Təcrübəli mütəxəssis ötən turdan çempionluğu təmin edən "Qarabağ"ın "Sumqayıt"a uduzmasına da münasibət bildirib:
“Sumqayıt” çempionu məğlub etdi, bu, futbolda olan haldır”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”