"Qarabağ" hər cəhətdən çempionluğa layiq idi"

"Qarabağ" hər cəhətdən çempionluğa layiq idi"
ÖLKƏ FUTBOLU 12 May 2014 / 14:31 2732
-  A +

Azərbaycanın tanınmış futbol mütəxəssislərindən olan Şahin Diniyev Qol.Az saytına müsahibə verib. Vaxtilə "Qarabağ"ı çalışdırmış veteran futbolçu sabiq komandasının çempionluğunu dəyərləndirib.

- "Qarabağ" hər cəhətdən çempionluğa layiq idi. Həm göstərdiyi oyuna, həm heyətinə görə digər rəqiblərini üstələyərdi. Adətən komanda mövsüm ərzində eyni tempdə çıxış edə bilmir. Ancaq "Qarabağ" stabil oyununu qoruyub saxladı. Yəni çempionluğa yeganə layiq olan komanda "Qarabağ" idi. Burda heç bir bəxt amilindən də söhbət gedə bilməz. Qurban Qurbanovun komandası sırf oyunu ilə çempion oldu.

- "Qarabağ" hansı göstəricilərdə rəqiblərini üstələdi?

- Əvvəlcə topladığı heyəti vurğulamaq lazımdır. Olduqca güclü legionerlərə malikdirlər. Bundan əlavə seçilən futbolçular hamısı komandanın oyun stilinə uyğundur. Fikir verin, hər oyunda hansısa futbolçu oyunun taleyini həll edə bilirdi.  Yəni komanda bir futbolçudan asılı deyil. Fərdi cəhətdən güclü futbolçuların bir yerə toplanmasından güclü komanda formalışıb.

- "Qarabağ" ilk dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Komandamızdan bu çətin turnirdə hansı uğuru gözləmək olar?

- Uğur üçün ilk növbədə "Qarabağ" iyun-iyul aylarında pik nöqtədə olmalıdır. Çempionatda elə oyunlar var idi ki, "Qarabağ" çox baxımlı çıxış edirdi. Ancaq elə oyunlar da olurdu  ki, "Qarabağ"ı tanımaq olmurdu. Püşkdən də çox şey asılı olacaq.

- Avrokuboklarda iştirak edəcək digər komandalarımız da bəllidir. "İnter", "Qəbələ" və "Neftçi" haqda nə deyə bilərsiniz?

- Hər bir komandamızın qarşısına Azərbaycan yazılacaq. Ona görə də hamısına uğurlar arzulamalıyıq. Üçünündə hər hansı bir uğur qazanmaq üçün gücü və şansı var. Əlbəttə ki, komandalarımız güclənməyə məcburdur. Çempionatda müəyyən mövqelərdə boşluqlar hiss olunurdu.  Həmin çatışmazlıqları aradan qaldırmaq üçün indidən bunun üzərində işləmək lazımdır.

- Sabiq komandanız "Rəvan"ın oyunlarını izləyirsiniz?

- Bütün oyunlarını olmasa da, bəzilərinə baxmışam. "Bakı" ilə kubok matçını izlədim. Stdaiona getməsəm də, televiziya vasitəsi ilə bacardığım qədər baxıram.  Güvənc Kurtarın nəticələri haqda danışmağım düzgün olmaz. Hiss olunur ki, komanda elitada qalmaq üçün sırf nəticəyə oynayır. Qış fasiləsindən sonra "Rəvan"a bir neçə səviyyəli legioner gəlib. Məncə, komanda bu heyətlə güclülər dəstəsində qalmağa məhkumdur.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
topaz banner