"Zəhmətimizin bəhrəsini gördüyümüz üçün çox xoşbəxtəm. "Qarabağ" mövsüm ərzində rəqiblərindən üstün oyun nümayiş etdirdi. Layiqli çempion olduğumuzu əminliklə deyə bilərəm".
Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Çumbinyo "inter" üzərində qələbə qazanaraq (4:1) çempion olduqları oyundan sonra deyib.
Braziliyalı legioner komandasının bu uğurunun sirlərindən danışıb. O, baş məşqçi amilini və kollektiv oyunlarını xüsusi vurğulayıb:
"Heyətimizdə kifayət qədər fərdi keyfiyyətləri ilə seçilən futbolçular olsa da, komanda oyunu sayəsində bu uğura imza atdıq. Son oyunlar bizim üçün çətin oldu. Ardıcıl xal itkiləri ilə üzləşəndə bəziləri çempion olacağımıza şübhə edirdi. Ancaq biz toparlanmağı bacardıq. Bu işdə baş məşqçimiz Qurban Qurbanovun böyük rolu oldu. Ən çətin vaxtlarda o, bizi oyunları yaxşı hazırladı".
"Qarabağ"ın çempionluğunda böyük pay sahibi olan Çumbinyo Çempionlar Liqasında da yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib: "İnanıram ki, bu oyun tempini qorusaq, Avropada da adımızdan söz etdirə biləcəyik. Bunun üçün var qüvvəmizlə çalışacağıq. Yaxşı heyətimiz var. Reynaldo bu qollarının ardını Çempionlar Liqasında gətirməlidir".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”