Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionluğunu rəsmiləşdirən "Qarabağ" klubu 2014/2015 mövsümündən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
Qol.Az-ın məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Ağdam təmsilçisinin potensial rəqiblərindən bəzilərinin kimliyi müəyyənləşib.
Aktivində 7,575 xal olan "Qarabağ" klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da Qurban Qurbanovun komandasının nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradacaq. Həmin komandalardan 6-sı artıq məlumdur. Digər ölkələrdə çempionlar hələ müəyyənləşmədiyindən "Qarabağ"ın qalan rəqiblərinə mövsümün sonunda aydınlıq gələcək. Növbəti 3 potensial rəqib isə I təsnifat mərhələsinin qalibləri olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü iyunun 23-də atılacaq.
I təsnifat mərhələsi
Səpələnmişlər:
“Levadiya” (Estoniya), “Havnar Boldfelaq” (Farer adaları), “Santa Koloma” (Andorra)
Səpələnməmişlər:
“Linkoln” (Cəbəllütariq), Ermənistan və San-Marino çempionları
II təsnifat mərhələsi
Səpələnmişlər:
"Styaua" (Rumıniya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Sparta” (Çexiya), “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Makkabi” (Təl-Əviv. İsrail), “Şerif” (Moldova), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya)
Səpələnməmişlər:
“Sent Patriks” (İrlandiya), “Skenderbeu” (Albaniya), “Valletta” (Malta), “Zrinski” (Bosniya və Hersoqovina), “Kliftonvill” (Şimali İrlandiya), “Jalgiris” (Litva), Makedoniya, Monteneqro və Lüksemburq çempionları, I təsnifat mərhələsinin 3 qalibi
Qeyri-müəyyənlər:
"Malmö" (İsveç), "Reykravikur" (İslaniya), “Stromsqodset” (Norveç), TNS (Uels), Polşa, Serbiya, Slovakiya, Macarıstan, Sloveniya və Gürcüstan çempionları
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”