Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 34-cü turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.
Azərbaycan Premyer Liqasının 34-cü turunun “Qarabağ” – “İnter” matçının 75 və 80-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının 34-cü turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Azərbaycan Premyer Liqasının 34-cü turunun AZAL – “Neftçi” matçının 58-ci dəqiqəsində AZAL klubunun futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib
Oyunun 86-cı dəqiqəsində AZAL klubunun futbolçusu Murad Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının 34-cü turunun “Rəvan” – “Simurq” matçının 73-cü dəqiqəsində “Simurq” klubunun futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”