"Allaha şükür, axır ki, çempion olduq. Yeddi ildir ki, "Qarabağ"dayam. Hər il çempionluğun bir addımlığında dayanırdıq. Nəhayət mənə doğma olan komanda ilə bu sevinci yaşadım. Düzdü, bir-iki tur əvvəl də istəyimizə çata bilərdik. Ancaq gördüyünüz kimi "İnter" yaxşı irəliləyirdi. Hətta bu komanda ilə xal fərqimiz altıya enmişdi".
Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun futbolçusu Namiq Yusifov "İnter" üzərində qələbə qazanaraq (4:1) çempionluqlarını rəsmiləşdirdikləri oyundan sonra deyib.
Təcrübəli dayaq yarımmüdafiəçisi bu çempionluğun ölkəmiz üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Bu, tək "Qarabağ"ın yox, bütün Azərbaycanın uğurudur. Çünki "Qarabağ" Avropanın ən möhtəşəm turnirində - Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək. İnanıram ki, uğurlu çıxış edəcəyik və bütün dünya Qarabağın bizə aid olduğunu dərk edəcək. Buna görə ikiqat sevincliyəm".
N.Yusifov çempionluq kubokunun təmsil etdikləri Ağdam rayonuna aparılması məsələsinə belə münasibət bildirib: "Qarabağ" tək Ağdam deyil, xalq komandasıdır. Çempionluğumuzu Quzanlıda da qeyd edə bilərik, Lənkəranda da. Məncə, hara getsək, bizi orda sevinclə qarşılayarlar".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”