Son üç mövsümdə olduğu kimi yenə də Azərbaycan çempionu mövsüm başa çatmamış müəyyənləşib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ardıcıl üç dəfə “Neftçi” vaxtından əvvəl çempionluğun sevincini yaşamışdısa, Azərbaycan Premyer Liqasının 2013/2014 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb. Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.
Bu uğur “Qarabağ”ın Azərbaycan çempionatlarında 2-ci qələbəsidir. Ağdamlılar ilk dəfə 1993-cü ildə - 21 il əvvəl bunu bacarmışdı. Bununla da komanda qızıl medalların sayında eyni qədər uğuru olan “Şəmkir”, “İnter” və “Bakı”ya çatıb. Bu komandalardan başqa, “Neftçi” 8, “Kəpəz” 3,“Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion olub. Əyalət təmsilçisi qızıl medallara sahib çıxmaqla son 6 mövsümdə çempion olan paytaxt təmsilçilərinin seriyasına da son qoyub.
Futbolçu kimi 4 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov baş məşqçi vəzifəsində ilk dəfə bu uğura imza atıb. O, komandasını ölkənin ən güclüsü edən 10-cu çalışdırıcı olub. Q.Qurbanov bununla həm futbolçu, həm də məşqçi kimi çempionluq yaşayıb.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”