Azərbaycan Premyer Liqasının 34-cü turunun “İnter”lə oyununda 3 qol vurmaqla 4:1 hesablı qələbədə pay sahibi olan Reynaldo Silva “Qarabağ”ın tarixinə düşüb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, braziliyalı legioner Ağdam təmsilçisinin Azərbaycan çempionatları tarıxindəki rekordunu yeniləyib.
Cari çempionatda qol sayını 22-yə çatdıran cənubi amerikalı “Qarabağ”ın heyətində bir mövsümdə ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Reynaldo 2003/04 mövsümündə 20 qolla çempionatın ən sərrast futbolçusu olan Samir Musayevin rekordunu 2 top üstələyib.
Reynaldo həm də ölkəmizdə bir mövsümdə ən çox qol vuran braziliyalı adına sahib çıxıb. O, ötən mövsüm AZAL-da 21 qol vuran Junior Nildonun göstəricisini arxada qoyub. Premyer Liqada ən çox qol vuran legionerlər arasında isə Reynaldo 2-cidir. Braziliyalı elə ötən mövsüm 26 topa sevinən Nikolas Kanalesdən 4 top geri qalır. Çilili bombardir rekorda “Neftçi”də imza atmışdı.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”