“Qarşımıza qoyduğumuz məqsədə nail ola bilmədik. AZAL-la oyunda qələbə qazanmaq istəyirdik, alınmadı. Heyətdəki çatışmazlıqlar özünü göstərdi. Araz Abdullayev və Ernest Nforun oynamırdı, buna baxmayaraq, Samir Məsimovun xoş təsir bağışladığını qeyd etməliyəm. Komandaya demişdim ki, bu iki matçda qələbə qazansalar, son turda onları Zaqatalaya səfər etməkdən azad edəcəm. Ora əvəzedici heyətlə getməyi, əsas heyətə kubok öncəsi istirahət verməyi düşünürdüm. Amma mübarizə sona kimi davam edəcək".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Premyer Liqasının 34-cü turunda AZAL-la bərabərə (0:0) qaldıqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis bildirib ki, "Qəbələ"nin onları turnir cədvəlində keçməsi müvəqqətidir:
"Çünki "Qəbələ" növbəti turda “İnter”lə qarşılaşacaq. Biz isə “Rəvan”ı udmağa çalışacağıq. Üçüncü yer uğrunda mübarizə Zaqatalada yekunlaşacaq".
"Əsas vəzifəmiz kuboku qazanmaqdır. Komanda bu gün yaxşı mübarizə apardı, amma məqsədimizə nail ola bilmədik. Son vaxtlar fərqli heyətlərlə oynayırıq, istədiyimiz effekti ala bilmədik. Cinahlardan hücum etməyi tapşırmışdım. Çünki, rəqib azlıqda qaldıqdan sonra əsasən müdafiənin mərkəzində toplaşmışdı. Təəssüf ki, uşaqlar deyilən tapşırıqları yerinə yetirə bilmədilər” - deyə B.Hacıyev qeyd edib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”